Viktoriya Bekhem Devid Bekhemlə görüşməyə başladıqdan təxminən 30 il sonra nəhayət futbolu sevməyi bacarıb.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “Spice Girls”in keçmiş ulduzu “Mançester Yunayted” və “Real” kimi komandaların oyunlarında müntəzəm iştirak edirdi, lakin o, heç vaxt idmandan həzz almırdı. Ancaq Devid öz klubu olan “İnter Mayami” qurduğundan, həyat yoldaşı nəhayət oyunlara getməyi sevməyi öyrənib.
“Mən heç vaxt futbola baxmağı sevməmişəm. Mən heç vaxt oyunlarda arzuolunan hiss etmirdim… İndi biz Mayamidəyik, özümü lazımlı hiss edirəm. Mən futbolçuların ailələri ilə dostum”, – Viktoriya “Financial Times”a müsahibəsində deyib.
O, həmçinin ulduz oyunçu Lionel Messi komandaya qoşulduqdan sonra “İnter Mayami”də həyatın daha da yaxşılaşdığını etiraf edib: “Messi gələndən bəri enerji tamamilə fərqli səviyyəyə keçdi. Bu, tamamilə fərqli bir təcrübədir. Əyləncəlidir".
Viktoriya daha əvvəl Devidin karyerasına və şəxsi həyatından bəhs edən eyni adlı “Netflix” sənədli filmində futbola marağının olmaması barədə danışmışdı. “Mən, ümumiyyətlə, futbolla maraqlanmıram. Mən o vaxt görüşməyə başlayanda futbolla maraqlanmırdım, indi də futbolla maraqlanmıram. Amma jurnallarda onun şəkillərini gördüm və çox yaraşıqlı idi”.