Türkiyə Super Liqasının “Beşiktaş” – “Antalyaspor” oyununda maraqlı anlar yaşanıb.
Lent.az xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələdən ziyan çəkən uşaqların diqqətini cəlb etmək üçün “Beşiktaş” klubu və azarkeşlər layihəyə start verib.
Hesab lövhəsində əvvəlcə zəlzələdən zərər çəkən vilayətlərin avtomobil nömrə nişanları qeyd olunub.
Sonra azarkeşlər oyunun 4-cü dəqiqqəsinin 17-ci saniyəsində (zəlzələ baş verdiyi vaxtda, 04:17-də) yumşaq oyuncaqları stadiona atıblar.
Məqsəd zəlzələdən zərər çəkmiş uşaqları sevindirmək olub.
Qeyd edək ki, “Vodafone Arena”da keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.