Futbol liqasının prezidenti tutuldu
26 yanvar 2022 21:24 (UTC +04:00)

Futbol liqasının prezidenti tutuldu

Qabon futbol liqasının prezidenti Serj Mombo həbs olunub.

Apsport.az saytının məlumatına görə, futbol funksioneri Afrika Millətlər Kubokundan qayıtdıqdan dərhal sonra saxlanılıb.

Mombo həm də yığmanın idman geyimlərinə məsul şəxsdir. O, Qabon yığmasına namizədlərə seksual təcavüzdə ittiham olunur.

Qurum başçısı futbolçulara müxtəlif yaş qrupları üzrə yığmalara düşməkdə kömək etməyin qarşılığında seksual xidmətlər tələb edib. O, həm də U-17-nin sabiq baş məşqçisi Patrik Assumu Eyiyə yeniyetmə oyunçuları öz əməllərinə cəlb etməkdə köməklik göstərib.

# 1290
avatar

Oxşar yazılar