Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı start götürüb -FOTOLENT
15 sentyabr 2024 15:21 (UTC +04:00)

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı start götürüb -FOTOLENT

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

Lent.az xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün açılış mərasimi dövlət himni ilə başlayıb.

Mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. “Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.

Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar