“Formula - 1”:  18 yaşlı “Mercedes” sürücüsündən yeni dünya REKORDU
04 may 2025 10:39 (UTC +04:00)

“Formula - 1”: 18 yaşlı “Mercedes” sürücüsündən yeni dünya REKORDU

18 yaşlı Andrea Kimi Antonelli “Formula -1” tarixində təsnifat mərhələsinin ən gənc qalibi olub.

“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli “Formula -1”də yeni dünya rekordu müəyyənləşdirib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, italiyalı pilot Mayamidə baş tutan “Qran-pri”də sprint yarışına vəsiqə qazanaraq birinci yeri tutub.

Beləliklə, Antonelli bu yarış növünün tarixində istənilən yarışa vəsiqə qazanmada birinci yeri tutmağı bacaran ən gənc iştirakçı olub.

Andrea 18 yaşında qalib gəlib, əvvəlki rekordu isə 21 yaşında Sebastyan Fettel müəyyən edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar