FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər
09 sentyabr 2024 20:35 (UTC +04:00)

FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər

30 avqust – 1 sentyabr 2024-cü il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Dünya Şotokan Karate Federasiyasının (WSF) təşkilatçılığı ilə karate üzrə kadet, yeniyetmə, gənclər və böyüklər arasında 14-cü Avropa çempionatı keçirilib.

Turnirdə Avropanın 22 müxtəlif ölkəsindən 1000-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Turnirdə FHN-in karate komadasının üzvləri və əməkdaşı iştirak edərək yüksək nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, -75 kq çəki dərəcəsində Nicat Kərimli həm gənclər və həm də böyüklər arasında kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medalların sahibi olub. +84 kq çəki dərəcəsində Nihad Kərimzadə yarışın gümüş medalına yiyələnib. Bunlardan əlavə komandanın digər üzvü Yavərbəy Allahverdiyev +84 kq çəki dərəcəsində gənclər arasında qızıl medal, böyüklər arasında isə yarışın bürünc medalına yiyələnib. Kənan Süleymanov isə -76 kq çəki dərəcəsində gənclər arasında yarışın gümüş medalını qazanıb. FHN-in karate komandasının üzvləri komanda yarışlarında turnirin qalibi olaraq qızıl medal və kubokun sahibi olublar.

Çempionatda iştirak edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət mayoru İlqar Ələkbərov jiyu-kumite və şobu ippon yarışlarında müvafiq olaraq qızıl və bürünc medala yiyələnib.

Qaliblərə Dünya Karate Federasiyasının kubok, medal və sertifikatları təqdim olunub.

Qeyd edək ki, FHN-in karate üzrə yığma komandanın baş məşqçisi ikiqat Dünya və Avropa çempionu, 8-ci dan qara kəmər sahibi, İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Həmçinin, 23 avqust-1 sentyabr 2024-cü il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Dünya Kikboksinq Federasiyasının təşkliatçılığı ilə kadetlər, yeniyetmələr və gənclər arasında WAKO Dünya birinciliyi keçirilib.

Turnirdə dünyanın 71 ölkəsindən 3500-dən çox idmançı öz qüvvəsini sınayaraq əzmkar mübarizə aparıb. Yarışda iştirak edən FHN-in kikboksinq üzrə yığma komandasının üzvləri Elnar Hacıyev və

Mirfərid Seyidli İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Elşən İsayevin rəhbərliyi altında yüksək nəticə əldə ediblər. Elnar Hacıyev 45 kq çəki dərəcəsində, Mirfərid Seyidli isə 60 kq çəki dərəcəsində kikboksinq idman növünün “low kick“ versiyası üzrə bürünc medal qazanmağı bacarıblar.

Qaliblərə Dünya Kikboksinq Federasiyasının diplom və medalı təqdim edilib.

9 sentyabr 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılar və onların məşqçi-müəllimləri ilə görüşərək qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar