"Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi  "Sevilya"   oldu
24 fevral 2023 15:25 (UTC +04:00)

"Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi "Sevilya" oldu

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Yarışda qrup qalibi olan komandalar pley-off səddini keçənləri sınağa çəkəcək.

Türkiyə təmsilçisi “Fənərbaxça”nın da rəqibi bəlli olub. İstanbul klubu “Sevilya” ilə qarşılaşacaq.

Bu raundun ilk görüşləri martın 9-da baş tutacaq. Cavab oyunları bir həftə sonra keçiriləcək.

Avropa Liqası
1/8 final

“Union” (Almaniya) - “Union” (Belçika)

“Sevilya” (İspaniya) - “Fənərbaxça” (Türkiyə)

“Yuventus” (İtaliya) - “Frayburq” (Almaniya)

“Bayer” (Almaniya) - “Ferensvaroş” (Macarıstan)

“Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə) - “Betis” (İspaniya)

“Roma” (İtaliya) - “Real-Sosyedad” (İspaniya)

“Şaxtyor” (Ukrayna) - “Feyenoord” (Niderland)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar