İtaliyalı müdafiəçi Leonardo Bonuççi “Yuventus”da qalmaq istəyir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, son bir neçə gündə 36 yaşlı mərkəz müdafiəçisi Səudiyyə Ərəbistanı klublarından gələn iki təklifi rədd edib. Bonuççi “Yuventusla” növbəti mövsümün sonuna qədər müqavilə bağlamağı, Avro-2024-də çıxış etməyi və peşəkar karyerasını bitirməyi planlaşdırır.
Məlumata əsasən, gələn mövsüm Leonardo “Yuventus”un əsas oyunçusu olmayacaq. Eyni zamanda, o, klubda ən yüksək maaşlardan birinə sahibdir - 6,5 milyon avro.
İtalyan futbolçu Turin klubunun canlı əfsanəsidir. “Yuventus”da Bonuççi 2010/2011 mövsümündən bəri bütün yarışlarda 502 oyun keçirib. Məhz bu klub üçün Leonardo doğma ölkəsində bütün əsas titulları qazanıb. Futbolçu səkkiz qat İtaliya çempionu və üç dəfə ölkə kubokunun qalibidir.