Ərəblər onu da  almaq   istəyir
27 fevral 2024 17:06 (UTC +04:00)

Ərəblər onu da almaq istəyir

“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne Səudiyyə Ərəbistanı klublarının diqqətini cəlb edib, yarımmüdafiəçi bütövlükdə daxili çempionatı gücləndirmək üçün prioritet namizəd hesab olunur. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə məşhur jurnalist və insayder Saşa Tavolieri X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Mənbənin məlumatına görə, Kevin Səudiyyə Ərəbistanı klublarından hələlik heç bir təklif almayıb, lakin bu, Avro 2024-dən sonra baş verə bilər. Qeyd olunur ki, De Bruyne özü də Səudiyyə Ərəbistanı Pro Liqasında qüvvəsini sınamağa qarşı deyil.

Belçikalı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində belçikalı “şəhərlilər”lə birlikdə UEFA Çempionlar Liqası da daxil olmaqla 17 kubok qazanıb. Bu mövsüm De Bruyne bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. 

“Transfermarkt”  internet portalına görə futbolçunun təxmini dəyəri 60 milyon avrodur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3459
avatar

Oxşar yazılar