Ərəb klubuna   keçdi: Millinin baş məşqçisi ondan  imtina etdi
05 sentyabr 2024 19:09 (UTC +04:00)

Ərəb klubuna keçdi: Millinin baş məşqçisi ondan imtina etdi

Hollandiya yığmasının baş məşqçisi Ronald Kuman karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarına gəldikdən sonra cinah oyunçusu Stiven Berqveyni komandaya çağırmayacağını bildirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, daha əvvəl 26 yaşlı Berqveynin "Ayaks"dan "Əl-İttihad"a keçdiyi məlum olub. Transfer məbləği 21 milyon avrodan çox qiymətləndirilir.

“Əslində onun üçün yol bağlıdır. Bu barədə nə düşündüyümü bilir. 26 yaşında əsas ambisiyan pul deyil, idman olmalıdır. Futbolçular seçim edirlər.

“Barselona”ya getmək imkanım olsa da, heç vaxt belə vəziyyətə düşməmişəm. O, “Ajaks”da qala bilərdi və bu, o qədər də pis olmazdı, elə deyilmi? Oyunçuların seçiminə hörmətlə yanaşmalısan, amma şəxsən mən getməzdim”, - Kuman mətbuat konfransında deyib.

Berqveyn Hollandiya millisinin heyətində 35 oyunda 8 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

Oxşar yazılar