"Əl-Hilal" PSJ-nin hücumçusu Lionel Messini almaq cəhdlərindən əl çəkmir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə La Liqa oyunlarının yayım hüququna sahib olan “Mediapro” şirkətinin rəhbəri Haume Rures məlumat verib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı klubu argentinalıya ildə 500 milyon avro ödəməyə hazırdır. Daha əvvəl “Əl-Hilal”ın futbolçuya 400 milyon avro təklif etdiyi bildirilirdi.
Mətbuatda yayılan xəbərlərə görə, bu komandadan başqa, "Barselona"da argentinalını transfer etmək istəyir. İspaniyada kataloniyalıların hücumçuya illik 14 milyon avro maaşla müqavilə təklif etdiyini yazırlar.