"Real" 2022/23 mövsümünün sonunda ən gəlirli futbol klublarının reytinqində "Mançester Siti"ni geridə qoyub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Madrid klubunun gəliri 831 milyon avro təşkil edib ki, bu da 2021/22 mövsümü ilə müqayisədə 118 milyon avro çoxdur.
“Real” 2017/18 mövsümündən sonra ilk dəfə reytinq cədvəlinə başçılıq edib. Gəlir artımı güclü pərakəndə satış performansı, azarkeşlərin stadiona gəlişinin artması və koronavirus məhdudiyyətlərinin yumşaldılmasından sonra sponsorluq gəlirlərinin bərpası ilə bağlı olub.
“Real” “Mançester Siti”ni keçib (826 milyon avro). Sonrakı yerləri PSJ (802 milyon avro), "Barselona" (800 milyon avro) və "Mançester Yunayted" (746 milyon avro) tutur.
İspaniya çempionatında "Real" hazırda lider "Jirona"dan 1 xal geri qalaraq 2-ci yerdədir