Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin oğlu Brukli Bekhem ailə həyatı qurmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, o, amerikalı aktrisa Nikola Anne Peltslə yaxın günlərdə evlənəcək.
Lakin toy öncəsi cütlüyün evlilik sözləşməsi imzaladığı məlum olub. Bu isə Annenin milyarder atası Nelson Peltsin təşəbbüsü ilə reallaşıb. Evlilik sözləşməsindəki şərtə görə, cütlük boşanarsa, həm 23 yaşlı Brukli, həm də 27 yaşlı Anne ailəsinin bütün sərvətindən məhrum qalacaq.
Qeyd edək ki, Nelson Peltsin sərvəti 1,3 milyard, Devid Bekhemin büdcəsi isə 380 milyon funt sterlinqdir.