Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) son on ilin sonunda dünyanın ən yaxşı oyunçularından ibarət komandanı hazırayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qapıçı yeri “Bavariya”dan Manuel Noyerə verilib.
Müdafiəçilərin siyahısına Münhen klubunda çıxış edən və karyerasını artıq başa vuran Filipp Lam, eləcə də Serxio Ramos və Marselo (hər ikisi “Real”) və “Liverpul”dan Vircil van Deyk düşüb.
Ən yaxşı yarımmüdafiəçilər bunlardır: Toni Kross, Luka Modriç (hər ikisi “Real”), karyerasının böyük hissəsində “Barselona”da çıxış edən Andres İnyesta (hazırda Yaponiyanın “Vissel Kobe” klubunda oynayır).
Hücumçuların siyahısında isə Kriştianu Ronaldu (“Yuventus”), Lionel Messi (“Barselona”) və “Bavariya”da çıxış edən Robert Levandovski var.