2015-ci ilin xizək üzrə dünya çempionu Kayl Smeyn Yaponiyanın Naqano prefekturasındakı kurortda qar uçqunu altında ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 31 yaşlı amerikalı ilə birlikdə adı açıqlanmayan avstriyalı xizəkçi də qar uçqununun qurbanı olub. Məlumata görə, hadisə 2469 metr hündürlüyü olan Hakuba Norikura dağında onlarına xizək sürdüyü zaman baş verib.
Polis ölənlərin adını açıqlamasa da, “Mountain Gazette” jurnalı onlardan birinin Yaponiyaya iş üçün gələn Smeyn olduğunu bildirib.