2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına bir neçə gün qalmış ulduzlardan pis xəbər gəlib. Maraqla gözlənilən bu turnirdə iştirak edə bilməyəcək futbolçuların adları eşidənləri heyrətə salıb. Futbolçu karyerasında adları hər an hallandıran dünya ulduzları zədəli olduqları üçün 2022-ci il dünya çempionatında iştirak edə bilməyəcəklər.
Lent.az xarici mediaya istinadla həmin ulduzları təqdim edir.
Timo Verner
Bungesliqa komandalarından olan “Leypsiq”də çıxış edən Timo Verner zədə səbəbindən bu il oynanılacaq dünya çempionatının heyətində yer almayacaq. O, UEFA Çempionlar Liqasında Ukrayna təmsilçisi "Şaxtyor"la qarşılaşmanın 19-cu dəqiqəsində topuq nahiyəsindən zədə alaraq oyunu tərk edib.
Klubdan verilən açıqlamada təcrübəli hücumçunun sol topuq bağlarının yırtıldığı və Vernerin ilin sonuna kimi meydana çıxa bilməyəcəyi paylaşılıb. Təcrübəli hücumçu bu mövsümdə 16 rəsmi oyunda 9 qol vurub, həm də komanda yoldaşlarına 4 qol ötürməsi verib. Alman futbolçunun bazar dəyəri 25 milyon avro olaraq göstərilir.
Emil Smit Roy
Zədəsindən sonra qasıq nahiyəsindən əməliyyat olunan İngiltərə millisinin gənc futbolçusu Emil Smit Roy bu il keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
İngiltərə Premyer Liqa komandalarından biri olan "Arsenal"da çıxış edən Roy bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. O, bu oyunlarda qol və ya məhsuldar ötürmə verə bilməyib. Təcrübəli futbolçunun bazar dəyəri 38 milyon avro olaraq göstərilir.
Corcinio Veynaldum
Oyunda uğursuz zədə alan Corcinio Vejnaldum builki dünya çempionatını meydandan kənarda izləyəcək başqa bir futbolçudur. Baldır sümüyü qırılan Hollandiya millisinin ulduzu DÇ-2022-nin heyətində yer almayacaq. Serie A komandalarından olan “Roma”da yarımmüdafiəçi bu mövsüm 1 oyunda meydana çıxıb və 12 dəqiqə oynaya bilib.
Paulo Dibala
Arjantin Milli Takımı'nın yıldızı Paulo Dybala, bu sene Dünya Kupasında boy gösteremeyecek. Sezon başında sürpriz bir şekilde Roma'ya imza atan Dybala, geçirdiği sakatlık dolayısıyla Arjantin Milli Takımı'nda yerini alamayacak. Sakatlığı süren yIldız için Roma Teknik Direktörü Jose Mourinho, "Dybala'nın durumu kötü değil, çok kötü" açıklamasını yapmıştı.
Argentina millisinin ulduzu Paulo Dibala bu il dünya çempionatında oynaya bilməyəcək. Mövsümün əvvəlində sürpriz şəkildə “Roma” ilə müqavilə imzalayan Dibala zədəsi səbəbindən Argentina millisində yerini tuta bilməyəcək. Zədəli ulduz üçün "Roma"nın baş məşqçisi Joze Mourinyo "Dybalanın vəziyyəti pis deyil, çox pisdir" deyib.
28 yaşlı futbolçu bu mövsüm 11 rəsmi oyuna çıxıb. O, 2 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Dibalanın bazar dəyəri 35 milyon avro olaraq göstərilir.
Dioqo Jota
Premyer Liqa komandalarından olan “Liverpul”da çıxış edən Dioqo Jota zədəsi səbəbindən Portuqaliyanın 2022-ci il dünya çempionatının heyətinə daxil ola bilməyən digər isimdir. Mövsümə yaxşı başlayan Jota "Mançester Siti" ilə görüşün əlavə vaxtında zədələnərək oyunu tərk etməli olub. Baş məşqçi Klopp oyundan sonra "Xəbərlər Dioqo üçün yaxşı deyil. Təəssüf ki, dünya çempionatını buraxacaq" deyib. Portuqaliyalı ulduz bu mövsüm 8 oyunda 5 məhsuldar ötürmə edə bilib. Təcrübəli futbolçunun bazar dəyəri 55 milyon avro olaraq göstərilir.
Pol Poqba
Fransa millisinin ulduz futbolçusu Pol Poqbanın zədə səbəbindən dünya çempionatını buraxacağını meneceri Rafaela Pimenta açıqlayıb. Fransız ulduz mövsümün əvvəlində “Mançester Yunayted”dən ayrılaraq parladığı komanda “Yuventus”a qayıdıb.
Poqba bu mövsüm 27 rəsmi oyunda meydana çıxıb. O, sözügedən oyunlarda 1 qol vurub, 9 məhsuldar ötürmə edib. Fransa millisinin heyətində 91 oyunda 11 qol vurmağı bacarıb.
N'qolo Kante
Dünya çempionatının hazırkı çempionu Fransanın ulduzları zədə səbəbindən bu mövsümü pis keçirib. Pol Pogbanın ardınca N'qolo Kantedən bəzi pis xəbərlər gəlib. Bildirilib ki, avqustun 14-də “Çelsi” ilə son oyunu “Tottenhem”ə qarşı keçirən 31 yaşlı fransalı futbolçunun ötən həftələrdə xəstəliyinin təkrarlandığı bildirilib.
Ulduz futbolçunun Qətərdə keçiriləcək dünya çempionatını meydandan kənarda izləyəcəyi bildirilib. Kante bu mövsüm "Çelsi"nin heyətində iki oyuna çıxıb. N'Qolo Kantenin bazar dəyəri 30 milyon avrodur.
Bouna Sarr
Seneqalın ən önəmli oyunçularından biri olan Bouna Sarr da dizindən əməliyyat olunub. Bildirilib ki, “Bavariya”nın 30 yaşlı cinah oyunçusu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını evindən izləyəcək. Bouna Sarrın bu mövsüm rəsmi yarışlarda oynamaq şansı olmayıb.
Ronald Aroujo
İspaniya La Liqa komandalarından olan “Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Araujo mundialı buraxacaq futbolçular arasındadır. Uruqvay - İran yoldaşlıq oyununda zədələnən 23 yaşlı müdafiəçinin əməliyyat olunacağı açıqlanıb. İlin sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilən Araujonun dünya çempionatında mübarizə aparması mümkün görünmür.
Artur Melo
2020-ci ildə 76 milyon avroya "Barselona"dan "Yuventus"a keçən braziliyalı futbolçu mövsümün əvvəlində "Liverpul"a icarəyə verilib.
Zədə alan təcrübəli yarımmüdafiəçi dünya çempionatında Braziliyanın heyətində yer almayacaq. Melo bu mövsüm cəmi 3 oyun keçirib.
Pedro Neto
Portuqaliyalı ulduz Pedro Neto 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq. Zədə səbəbindən Avropa çempionatını buraxan "Vulverhempton"un oyunçusu dünya çempionatında ölkəsinə kömək edə bilməyəcək.
22 yaşlı təcrübəli futbolçu bu mövsüm "Vulverhempton"da 9 oyun keçirib. Oynlarda qol və məhsuldar ötürmə verə bilməyib. Netonun bazar dəyəri 32 milyon avrodur.
Bubakar Kamara
Fransa millisində ulduz yarımmüdafiəçiləri Kante və Poqba olmasaydı, Kamaraya şans verilə bilərdi. Lakin “Aston Villa”nın 23 yaşlı ulduzu zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək.
Kayl Uoker
“Mançester Siti”nin veteranı Kayl Uoker zədə səbəbindən əməliyyat olunub. Mövsümü yaxşı keçirməyən Kayl Uoker Qətərdə keçirilən dünya çempionatında zədələndiyi üçün İngiltərə yığmasının heyətində yer ala bilməyəcək. Bu mövsüm Uoker 8 rəsmi oyunda iştirak etsə də, heç bir töhfə verməyib.
Ris Ceyms
“Çelsi”nin Çempionlar Liqasında “Milan”a qalib gəldiyi oyunda zədə səbəbindən oyuna davam edə bilməyən Ris Ceymsdən pis xəbər gəlib. Premyer Liqa komandası rəsmi saytında uğur qazanan futbolçunun 8 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Dizindən zədə alan Ris Ceyms 8 həftəlik reabilitasiya prosesindən erkən qayıtmasa, Dünya Çempionatını buraxacağı gözlənilir.
Kepa Arrizabalaqa
Premyer Liqa komandalarından olan "Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa "Brayton"la oyunda zədələnərək, fasilədə oyunu tərk etməli olub.
"Çelsi"nin baş məşqçisi Potter qarşıdan gələn dünya çempionatına yetişməyin onun üçün çətin olduğunu deyib. Kepa İspaniya millisində ümumilikdə 41 oyun keçirib.