Daha bir ölkə IBA rəhbərliyinin hərəkətlərinə etiraz olaraq dünya çempionatını boykot etmək qərarına gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, boks üzrə dünya çempionatını boykot etmək niyyətində olan ölkələrin siyahısı daha bir təmsilçi ilə genişlənib.
Polşa Boks Assosiasiyası kişi və qadınların çempionatlarına getməyəcəyini açıqlayıb. Səbəb standartdır - rusların və belarusların IBA-nin himayəsi altında keçirilən yarışlara buraxılmasıdır.
“Biz Ukraynada müharibə başlayandan sonra rusların və belarusların iştirak edəcəyi yarışlarda iştirak etməyəcəyimizi qərara alan ilk idman birliklərindənik.
O vaxtdan bəri biz yeni qətnamə qəbul etməmişik, ona görə də köhnə qətnamə qüvvədə qalır.
Biz hərəkətlərimizdə ardıcılıq”, - Polşa Boks Assosiasiyasının vitse-prezidenti Matseya Demel deeyib.
Xatırladaq ki, qadınlar arasında boks üzrə dünya çempionatı martın 15-dən 31-dək Hindistanda, kişilər arasında isə mayın 1-dən 14-dək Özbəkistanda keçiriləcək. Bundan əvvəl Çexiya, ABŞ, İrlandiya, Böyük Britaniya, Kanada, İsveç və Hollandiya da çempionatı boykot etdiklərini bəyan ediblər.