Cinsini müəyyən etmək mümkün olmayan idmançı çempion oldu
10 avqust 2024 04:39 (UTC +04:00)

Cinsini müəyyən etmək mümkün olmayan idmançı çempion oldu

Paris 2024 Yay Olimpiya oyunlarında mübahisələrin mərkəzində olan əlcəzairli boksçu İman Xəlif qadınlar arasında 66 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

Lent.az xəbər verir ki, qadınlar arasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan əlcəzairli boksçu İman Xəlif çinli Liu Yanqla yarışıb.

O rəqibini 5-0 məğlub edərək olimpiya çempionu olub.

Qeyd edək ki, əlcəzairli idmançı bu olimpiya oyunları boyunca ən çox müzakirə olunan idmançı olub.

Buna səbəb isə Xəlifin 2023-cü ildə qadınlar arasında keçirilən dünya çempionatından uzaqlaşdırılması olub. Uzaqlaşdırılmanın səbəbi isə gender testlərindən keçə bilməməsi olub.

Yəni müayinələr zamanı onun cinsini müəyyən etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444
avatar

Oxşar yazılar