Alişa Lemann İsveçrə millisinin İspaniya ilə oyununu çox xatırlayacaq. Qeyd edək ki, bir çox azarkeşin dünyanın ən seksual futbolçusu adlandırdığı yarımmüdafiəçi artıq oyunun 13-cü dəqiqəsində rəqibi ilə toqquşaraq zədələnib.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, futbolçu meydanı tərk etsə də, tibbi yardım aldıqdan sonra o, qayıdıb və görüşün böyük hissəsini oynayıb.
Qarşılaşma isveçrəlilərin 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb və 24 yaşlı futbolçu burnu qırılan videonu “Instagram” səhifəsində yerləşdirmək qərarına gəlib.
Fanatlar dərhal Lemanı şərhlərlə bombalayıblar. Ancaq bir mesaj digərlərindən fərqlənib. Alişanın “Aston Villa”dakı keçmiş komanda yoldaşı Villi Rueşa Littlcon rəfiqəsinə gözlənilməz bir iltifat etmək qərarına gəlib: "Çox cəsur, çox güclü, çox seksual".