UEFA Çempionlar Liqasında həftənin qolu məlum olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, həmin qol “Qalatasaray”-“Mançester Yunayted” oyununda türkiyəli futbolçu Kerem Aktürkoğlundan gəlib.
Bu barədə Liqanın rəsmi açıqlamasında bildirilib. Qeyd olunub ki, sözügedən qol azarkeşlərin səsverməsi nəticəsində seçilib.
Qeyd edək ki, oyuna sonradan daxil olan K. Aktürkoğlu 71-ci dəqiqədə hesabı 3-3 edən qolu vurub.