UEFA-nın mətbuat xidməti 1/8 final mərhələsinin ilk oyunlarının nəticələrinə əsasən Çempionlar Liqasında həftənin futbolçusu adına 4 namizədi açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, namizədlər arasında Brahim Diaz (Real Madrid), Matteo Quendouzi (Latsio), Kilian Mbappe (PSJ) və Kevin De Bruyne (Mançester Siti) yer alıb.
Diaz “Leypsiq”lə oyunda qələbə qolunu vurub. Mbappe “Sosyedad”a, De Bruyne “Kopenhagen”ə 1+1, Guendouzi isə “Bavariya”ya qarşı bütün oyunu keçirib.
Ümumilikdə bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin dörd oyunu keçirilib: “Real Madrid” – “Leypsiq” (1:0), “Mançester Siti” – “Kopenhagen” (3:1), PSJ – “Real Sosyedad” (2:0), “Latsio” – “Bavariya” (1:0).
Gələn həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci dörd oyunu keçiriləcək: "İnter" - "Atletiko Madrid", PSV - "Borussiya", "Porto" - "Arsenal" və "Napoli" - "Barselona".