“Mançester Siti”nin əlcəzairli hücumçusu Riyad Mahrez Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq”lə ilk oyununda fərqlənərək, əsas Avropa klub çempionatında 20 qol vuran 5-ci afrikalı futbolçu olub.
Lent.az bildirir ki, bu barədə “OptaJoe” statistik portalı öz Twitter səhifəsində məlumat yayıb.
Mahrezdən əvvəl Afrika qitəsini təmsil edən yalnız dörd futbolçu bunu bacarmışdı: Məhəmməd Salah (Misir, 44 qol), Didye Droqba (Fildişi Sahili, 44), Samuel Eto'O (Kamerun, 30) və Sadio Mane (Seneqal, 27).
Qeyd edək ki, yalnız Salah və Mane hazırda oynayırlar. Misirli İngiltərə "Liverpul"unda, seneqallı forvard isə "Bavariya"da çıxış edir.