UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi bu gün start götürür.
Apasport.az xəbər verir ki, bu gün iki matç baş tutacaq.
Turnirin favoritləri sayılan “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaq.
İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq. Daha sonra “Real” Almaniyada “Leypsiq”lə qarşılaşacaq.
Komandalar arasında cavab oyunları martın 6-da baş tutacaq.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
13 fevral
00:00. "Kopenhagen" (Danimarka) – "Mançester Siti" (İngiltərə)
Baş hakim: Xose Maria Martines (İspaniya).
Kopenhagen, “Parken” stadionu
00:00."Leypsiq" (Almaniya) – "Real" (İspaniya)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).
Leyptsiq, “RB Arena”