Çempionlar Liqası:  "Real Madrid" "Mançester Siti"yə qarşı
09 aprel 2024 10:08 (UTC +04:00)

Çempionlar Liqası: "Real Madrid" "Mançester Siti"yə qarşı

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi start götürəcək.

Apasport.az xəbər verir ki, ilk gündə 2 matç baş tutacaq. 

"Real Madrid" doğma azarkeşlər önündə "Mançester Siti"ni qəbul edəcək. “Bavariya” isə Londonda “Arsenal”ın qonağı olacaq. 

Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Fransois Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.

23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2454
avatar

Oxşar yazılar