"Çelsi"nin sabiq futbolçusu Türkiyədə zəlzələdə öldü
18 fevral 2023 13:00 (UTC +04:00)

"Çelsi"nin sabiq futbolçusu Türkiyədə zəlzələdə öldü

Türkiyənin “Hatayspor” klubunun hücumçusu, “Çelsi”nin sabiq oyunçusu Kristian Atsu Türkiyədə dağıntılar altında ölü tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə futbolçunun agenti Murat Uzunmehmet öz Tvitter hesabında məlumat verib.

Xatırladaq ki, ötən həftə Türkiyədə dağıdıcı zəlzələlər başlayandan bəri Atsunun harada olduğu və vəziyyəti barədə heç nə məlum deyildi. Daha əvvəl “Hatayspor” təmsilçiləri futbolçunun faciə ərəfəsində Türkiyə klubunu tərk etmək niyyətində olduğunu bildirmişdilər.

Atsu 31 yaşında dünyasını dəyişib. Qana millisinin futbolçusu karyerası ərzində İngiltərənin “Çelsi”, “Everton”, “Nyukasl” və “Bornmut”, Portuqaliyanın “Porto”, İspaniyanın “Malaqa” və digər klublarında çıxış etməyi bacarıb. Atsu Türkiyənin "Hatayspor" klubuna yalnız 2022-ci ilin sentyabrında keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Oxşar yazılar