“Çelsi”nin bir neçə azarkeşi baş məşqçi Qrem Potterə elektron məktublar göndəriblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, onlar məktublarda ingilis mütəxəssisin və övladlarının ölümünü arzulayıblar.
“Mənim və övladlarımın ölməyini istəyən xoşagəlməz elektron məktublar aldım.
Bu mənim üçün bir növ çağırışdır: “Yaxşı, mən necə davranmalıyam?” Həmişə danışdığım budur. Nə qədər yüksəklərə qalxsanız, bir o qədər üzərinizdə təzyiq yaranır”, –Potter qeyd edib.
Potter bu mövsümdə “Çelsi”yə rəhbərlik edib. “Aristokratlar” Premyer Liqada 23 oyundan sonra 31 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.