Londonun "Çelsi" klubu "Sportinq"in baş məşqçisi Ruben Amorimlə maraqlanmaqda davam edir, lakin hələ ötən yay kluba qoşulan Maurisio Poçettino ilə ayrılmağı planlaşdırmır.
Lent.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda "mavilər"in rəhbərliyi Poçettinonu qovmaq fikrində deyil, lakin komandanın nəticələri pisləşərsə, "Çelsi"nin rəhbərlərinin mövqeyi dəyişəcək. Belə olan halda London klubu “Sportinq Lissabon”a başçılıq edən Amorimin namizədliyinə müraciət etməyə hazır olacaq.
Xatırladaq ki, daha əvvəl Amorimin "Liverpul"a da maraqlı olduğu bildirilib. Mersisaydlılar “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsonu cəlb edə bilməsələr, Rubenə müraciət edə bilərlər. Amorim 2020-ci ilin martından "Sportinq"ə rəhbərlik edir. Onun rəhbərliyi altında klub Portuqaliya Çempionatının (2020/2021), iki Portuqaliya Kubokunun (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunun (2021/2022) qalibi olub.