"Çelsi" Tiaqo Silva ilə  razılığa gəldi
10 fevral 2023 18:45 (UTC +04:00)

"Çelsi" Tiaqo Silva ilə razılığa gəldi

“Çelsi” müdafiəçi Tiaqo Silva ilə müqaviləni uzatmaq üçün şifahi razılığa gəlib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, klub artıq 2024-cü ilin iyun ayına qədər yeni müqavilə imzalamaq mərhələsindədir.

Tiaqo Silva 2020-ci ildən "Çelsi"də çıxış edir. 38 yaşlı futbolçu bu mövsüm London klubunun heyətində 24 oyuna çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar