"Çelsi" baş məşqçi seçimini  etdi
06 yanvar 2026 15:04 (UTC +04:00)

"Çelsi" baş məşqçi seçimini etdi

0

"Çelsi" baş məşqçi seçimini edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, klubun rəsmi saytının məlumatına görə, bu vəzifəyə Liam Rosenor təyin edilib.

41 yaşlı mütəxəssis Fransanın “Strasburq” klubundan ayrılıb. Rosenor doğma vətəninə qayıdıb. O, əvvəllər Qall ilə işləyib və "Derbi Kaunti"nin müvəqqəti meneceri vəzifəsində çalışıb.

Rosenor 2032-ci ilin yayına qədər "Çelsi" ilə müqavilə imzalayıb. O, 1990-cı illərin ortalarında Ruud Qullitdən sonra "mavilər"i çalışdıran ikinci qaradərili məşqçi olub. İngilis məşqçi bu təyinatı böyük şərəf hesab edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 652

Oxşar yazılar