Çalhanoğlu "İnter"lə  müqaviləni uzadacaq
27 yanvar 2023 14:53 (UTC +04:00)

Çalhanoğlu "İnter"lə müqaviləni uzadacaq

"İnter"in futbolçuları Matteo Darmian və Hakan Çalhanoğlu yaxın vaxtlarda klubla müqaviləni uzadacaq. 

Lent.az bildirir ki, bu barədə jurnalist və insayder Canluka Di Marsio öz saytında məlumat yayıb.

Mənbənin sözlərinə görə, Darmianın yeni müqaviləsi bir mövsüm uzatma ehtimalı ilə 2024-cü ilin yayına qədər qüvvədə olacaq. Hazırkı müqavilə altı aydan sonra başa çatır. Bu mövsüm Darmian qara-göylərin heyətində bütün yarışlarda 20 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

“İnter”in türk əsilli oyunçusu da müqaviləni yeniləməyə yaxındır. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Hakan 25 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
 

# 1602
avatar

Oxşar yazılar