“Bütün dünya  bu oyunu   izləyəcək”  - Yurqen Klopp
03 mart 2023 18:55 (UTC +04:00)

“Bütün dünya bu oyunu izləyəcək”  - Yurqen Klopp

İngiltərənin vitse-çempionu “Liverpul”un baş məşqçisi Yurqen Klopp “Mançester Yunayted”lə qarşıdakı oyunda favorit görmür. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, komandalar İngiltərə Premyer Liqasının 26-cı turunda üz-üzə gələcək.

“Mən həmişə “Mançester Yunayted”lə oyunları səbirsizliklə gözləyirəm. Onlar bizdən daha yaxşı mövsüm keçirirlər, lakin bu heç nə demək deyil. Bu o demək deyil ki, bu oyunda qalib gələcəklər, amma indi xalları daha çoxdur.

Bu cür qarşıdurmalar sayəsində biz bəzən çox da xoş olmayan reallıqdan çıxaraq oyuna qərq oluruq. Bütün dünya bu oynu izləyəcək”, – Klopp deyib.

“Liverpul” – “Mançester Yunayted” görüşü martın 5-də “Enfild”də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

“Mançester Yunayted” 49 xalla (24 oyun) üçüncü yerdədir. "Liverpul" (24 oyun) 39 xalla 6-cı yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592
avatar

Oxşar yazılar