Yarımmüdafiəçi Serxio Buskets yeni mövsümdə “Barselona”da qalmaq niyyətindədir.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu indikindən daha az maaşla qısa müddətli müqavilə imzalamağa hazırdır. Məlumata əsasən, Buskets klub rəhbərliyindən təklif gözləyir və bundan sonra gələcəyi ilə bağlı qərar verəcək.
Qeyd olunur ki, Busketsin MLS və Səudiyyə Ərəbistanından təklifləri var.
Futbolçu ilə hazırkı müqavilə 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Serxio Buskets 2008-ci ildən “Barselona”da çıxış edir.