Yanvarın 29-da futbol üzrə Panama milli komandasının bombardiri Luis Texada 41 yaşında vəfat edib.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Texada veteranların oyunu zamanı huşunu itirib və daha sonra xəstəxanada keçinib.
Qeyd edək ki, Texada bir il əvvəl - 2023-cü ilin yanvarında karyerasını başa vurub. O, Panamada bütün zamanların ən yaxşı bombardiridir (107 oyun, 43 qol, 7 məhsuldar ötürmə).
Milli komandanın tərkibində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında iştirak edib. Rusiya meydanlarında Texada Panama komandasının tarixində ilk dəfə vəsiqə qazandığı mundial çərçivəsində iki oyun keçirib.
Ümumilikdə, Luis Texada karyerası ərzində rəsmi səviyyədə 431 oyun keçirib, 184 qol vurub və 63 məhsuldar ötürmə verib.