“Fənərbaxça” qış transfer pəncərəsində aktiv müdafiəçi, yarımmüdafiəçi və güclü hücumçu almağı planlaşdırır.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bununla yanaşı bir sıra futbolçuların da klubla yollarını ayıracağı qeyd olunur.
İlk olaraq belçikalı hücumçu Mişi Batşuayidir. Belə ki, o, Türkiyə klubunun heyətində az oyuna çıxdığı üçün komandanı tərk etmək istəyir. Məlumata görə, Batşuayi kifayət qədər çox matçda oynamağı arzulayır.
Futbolçu ilə öz ölkəsinin klubları olan “Klub Brügge” və “Royal Antverpen” maraqlanır. Hər iki komandanın oyunçunu almaq üçün rəqabətə girdiyi, lakin hələlik heç bir rəsmi müraciət etmədikləri qeyd olunur. Həmçinin “Fənərbaxça” tərəfi də hücumçunun klubu tərk etməsinə mənfi reaksiya verməyib.