Bu gün "Qarabağ" klubu “Omoniya” ilə qarşılaşacaq
25 noyabr 2021 06:12 (UTC +04:00)

Bu gün "Qarabağ" klubu “Omoniya” ilə qarşılaşacaq

 

“Qarabağ” növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Avropanın üçüncü dərəcəli klub turniri olan Konfrans Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri Kipr “Omoniya”sını qəbul edəcək.

Bu, təmsilçimizin qrupda son ev görüşü olacaq. V turun qarşılaşmaları son turu formallığa çevirə bilər. Söhbət ilk iki yeri təmin edən “Qarabağ”la “Bazel”in tutacağı pillənin dəqiqləşməsindən gedir.

Oyunu daha tez baş tutacaq İsveçrə təmsilçisi Qazaxıstanda xal itirsə, “Qarabağ” qələbə ilə 1-ci yeri təmin edəcək. Bu, 1/8 finala vəsiqə verəcək. Əks halda isə kimin pley-offa, kimin 1/8 finala getməsi son turda bəlli olacaq.

Qeyd edək ki, qrupun digər oyununda “Kayrat” “Bazel”i qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, V tur
25 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr)
Baş hakim:
 Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

1

Qarabağ

4

3

1

0

8-3

10

2

Bazel

4

2

2

0

8-4

8

3

Omoniya

4

0

2

2

3-8

2

4

Kayrat

4

0

1

3

4-8

1

 

# 759
avatar

Oxşar yazılar