Brilyantlar və lüks yaşayış:   "Arsenal"ın futbolçusunun qazaxıstanlı sevgilisi
06 mart 2023 10:57 (UTC +04:00)

Brilyantlar və lüks yaşayış: "Arsenal"ın futbolçusunun qazaxıstanlı sevgilisi

"Arsenal"ın ingilis yarımmüdafiəçisi Eynsli Meytlend-Naylz Katya adlı qızla eşq yaşayır və o, Britaniya tabloidlərinin yazdığına görə Qazaxıstanda doğulub. 

Lent.az xarici mediaya istinadən möhtəşəm modelin futbolçunun karyerasına necə təsir göstərdiyini təqdim edir.

Meytland-Naylz “Arsenal”ın əsas heyətində ilk dəfə 2014-cü ildə debüt edən ən istedadlı gənclərindən biridir. Cinah oyunçusu tədricən inkişaf edib və 2020-ci ildə İngiltərə milli komandasına çağırılıb. Amma sonra müəyyən geriləmə olub.

Ardıcıl üçüncü mövsümdür ki, Eynsli icarəyə götürülüb. Bunun oyunçunun Katya ilə fırtınalı romantikası ilə bağlı olması mümkündür. KİV-in məlumatına görə, qız Qazaxıstanda doğulub, lakin uzun müddət İngiltərədə yaşayıb və modeldir.

Keçən il Eynsli və Katya arasındakı münasibətlər yeni səviyyəyə çatıb. Əvvəlcə oyunçu qıza brilyantlarla bəzədilmiş fərdi boyunbağı bağışlayıb. Belə bir dəbdəbəli hədiyyə ilə əlaqədar Katyanın duyğuları belə olub:

“Sevincdən nə qədər ağladığımı başa düşmürsünüz. O, həqiqətən mənə Katya Maitland-Nayls adı və qırmızı ürəkli xüsusi hazırlanmış boyunbağı verib. O, özünü üstələyib. Mən səni sevirəm Eynsli. Katya Meyttlend-Naylz, əbədi olacaq".

2022-ci ilin sonunda Katya və Eynslinin bir oğlu olub. Qız uşaq böyütməkdə fəal iştirak edir, lakin Meytlend-Naylzın iştirakı ilə Premyer Liqa oyunlarını qaçırmır.

Ancaq futbol meydançasında oyunçu üçün hər şey o qədər də hamar deyil. O, hazırda "Sauthempton"da icarədədir. Komanda Premyer Liqa turnir cədvəlini son sıralarındadır və Eynsli özü zədə səbəbindən artıq oyunların yarısını buraxıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Oxşar yazılar