Braziliyalı futbolçuya Rusiya klublarına keçmək  qadağan edildi
15 sentyabr 2024 09:55 (UTC +04:00)

Braziliyalı futbolçuya Rusiya klublarına keçmək qadağan edildi

Portuqaliyanın “Famalikan” klubunun braziliyalı futbolçusu Riççelinin Rusiya Premyer Liqasına (RPL) keçidi qadağan edilib.

Lent.az-ın xarici KİV=ə istinadən məlumatına görə, klubun sahibi olan israilli milyarder iş adamı İdan Ofer futbolçunun Rusiyaya transferinə öz mühakimələrinə görə veto qoyub. Qeyd olunur ki, braziliyalıya üç klub maraq göstərirdi: Moskva vilayətinin "Ximki", paytaxtın OMİK və Kazan "Rubin"ni.

25 yaşlı Riççelli 2019-cu ildən “Famalikan” klubunda çıxış edir. Onun Portuqaliya komandası ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Oxşar yazılar