Karlo Ançelottinin Braziliya yığmasınabaş məşqçi təyin olunması xoş qarşılanmayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hətta ölkə prezidenti Luiz İnasio Lula da Silva da öz narazılığını bildirib:
“Ançelotti heç vaxt İtaliya yığmasını çalışdırmayıb. Son mundialda belə oynamayan İtaliyanın problemini niyə həll etmir?”.
Qeyd edək ki, Braziliya millisi Karlo Ançelottinin 2024-cü ilin yayında yığmaya baş məşqçi təyin olunacağını açıqlamışdı. Ançelottinin milli komanda ilə 2024-cü ildə Amerika Kubokunda və 2026-cı ildə keçiriləcək dünya çempionatında mübarizə aparacağı gözlənilir.