“Sao Paulo”nun baş məşqçisi Dorival Junior Braziliya millisinə rəhbərlik etmək üçün komandadan ayrılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti xəbər verir.
"Sao-Paulo Braziliya millisinə rəhbərlik etmək üçün istefasını tələb edən məşqçi Dorival Juniorun istefa verdiyini elan edir", - klubun açıqlamasında deyilir.
Dorival Junior bu ilin aprelindən "San-Paulo"ya rəhbərlik edir. Bundan əvvəl o, "Flamenqo", "Seara", "Atletiko Paranaense", "Santos", "Palmeyras", "Fluminense", "Vasko da Qama", "İnternasional", "Atletiko Mineyro", "Kruzeyro" və daha bir neçə Braziliya klublarını çalışdırıb.
Yanvarın 6-da Braziliya mətbuatı millinin hazırkı baş məşqçisi Fernando Dinizin tutduğu vəzifədən qovulması barədə məlumat yayıb. 6 oyundan sonra braziliyalılar 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə turnirində altıncı yerdədir.