Ceremi Sarmiento "İpsviç"ə yollanıb.
Lent.az xəbər verir ki, "Brayton" hücumçusunu Çempionşip klubuna icarəyə verib.
“Qağayılar”ın 21 yaşlı vingeri ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Ekvadorlu çempionatın ilk yarısını “Vest Bromviç”də keçirib.
Qeyd edək ki, futbolçu 21 matçda iştirak edib və 2 qol vurub.