Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqhem “Liverpul”a keçməyə hazırdır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, futbolçu gələn mövsüm Çempionlar Liqasından kənarda qalmaq riskindən narahat olmur. İngilis futbolçu “Liverpul”a keçməyə hazırdır. O, klubun və baş məşqçi Yurgen Kloppun böyük fanatı olaraq qalır.
Bellinqhem gələcək klubunu uzunmüddətli əsasda seçəcək və Çempionlar Liqası olmadan bir mövsüm oyunçu üçün problem deyil.
Bellinqhemin alman klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
19 yaşlı ingilis bu mövsüm “Borussiya Dortmund”un heyətində 26 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt-a görə futbolçunun qiyməti 110 milyon avrodur.