Boksçumuz  erməni ilə döyüşmədən   qalib elan olundu
11 noyabr 2022 16:41 (UTC +04:00)

Boksçumuz erməni ilə döyüşmədən qalib elan olundu

Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.

Lent.az bildirir ki, Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub.

51 kq-da 1/4 final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb. Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finalda rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.

Qarşılaşma noyabrın 13-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3117
avatar

Oxşar yazılar