Boksçumuz dünya çempionatında gümüş medal qazanıb
14 may 2023 18:36 (UTC +04:00)

Boksçumuz dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında final döyüşünü keçirib.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb.

Döyüş rəqibin qələbəsi ilə başa çatdığından boksçumuz dünya çempionatını gümüş medalla başa vurub.

Dominqes Atayevədək ardıcıl olaraq Bill Makallister (Avstraliya), Şoxcahon Abdullayev (Özbəkistan) və Georgi Kuşitaşvilini (Gürcüstan) məğlub edib.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını 2 medalla başa vurub. Dominqesdən öncə Məhəmməd Abdullayev (+92 kq) bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb. Dünya çempionu tituluna yiyələnən boksçular 200 min ABŞ dolları gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılıblar. Qaliblərə, həmçinin İBA-nın xüsusi kəməri də təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Oxşar yazılar