Binadan yıxılan futbolçunu  qatar vurub öldürdü
01 mart 2023 14:14 (UTC +04:00)

Binadan yıxılan futbolçunu qatar vurub öldürdü

"Albasete"nin və "Ovyedo"nun keçmiş futbolçusu Pelayo qatarın vurması nəticəsində dünyasını dəyişib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə yerinə gələn təcili xidmət əməkdaşları onun həyatını xilas etmək üçün heç nə edə bilməyib.

İş polis tərəfindən araşdırılacaq. Qeyd olunur ki, 8 ay əvvəl 32 yaşlı keçmiş futbolçu ailə həyatı qurub.

İdmançı qəza nəticəsində 2018-ci ildə karyerasını bitirmək məcburiyyətində qalıb. O, telefonla danışarkən 3-cü mərtəbədən yıxılmışdı.

Pelayo çoxsaylı sınıqlar alıb və əlil olub. Bununla belə, idmanla məşğul olmağa davam edərək, əlil arabasında tennis oynamağa başlayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Oxşar yazılar