Benzema Ronaldonu  tənqid etdi:   “Mən təkcə  qollar haqqında   düşünmürəm”
18 fevral 2025 13:06 (UTC +04:00)

Benzema Ronaldonu tənqid etdi: “Mən təkcə qollar haqqında düşünmürəm”

"Əl-İttihad"ın fransalı hücumçusu Kərim Benzema "Əl-Nəsr"ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu tənqid edib.

“Mən təkcə qol vurmağı düşünmürəm. Ronaldonun yanında olmaq yaxşıdır, amma mənim üçün oyunda qalib gəlmək daha vacibdir. Əgər qol vurub komandaya kömək edə bilsəm, sevinərəm.

Mən qol vurmağı, ötürmələri etməyi və komandama kömək etməyi xoşlayıram. Komanda mənim üçün birincidir. Ona görə xoşbəxtəm”, - Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı çempionatının mətbuat xidməti məlumat yayıb. 

Ronaldo 16 qolla Səudiyyə Ərəbistanı Premyer Liqasının ən məhsuldar oyunçusudur. Benzemanın hesabında 15 qol var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar