“Real Madrid”in hücumçusu Kərim Benzema PSJ-nin hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Benzema Çempionlar Liqasında “Liverpul”la matçda qol vurub. Beləliklə, hücumçu ardıcıl 18-ci mövsüm əsas avrokuboklarda qol vura bilib. Əvvəllər bunu yalnız Messi bacarırdı. Hər iki futbolçu 2005-2006 mövsümündən Çempionlar Liqasında qol vurur.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununun ilk 14 dəqiqəsində “Liverpul” iki qol vura bilsə də, “Real Madrid” buna iki dublla cavab vermişdi.
Cavab qarşılaşması martın 15-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.