"Benfika"nın yeni baş məşqçisi  açıqlandı
06 sentyabr 2024 17:10 (UTC +04:00)

"Benfika"nın yeni baş məşqçisi açıqlandı

"Benfika"nın mətbuat xidməti rəsmi saytında yeni baş məşqçinin adını açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Lissabon klubunda bu posta Bruno Laje təyin edilib. 48 yaşlı portuqaliyalı mütəxəssis daha əvvəl 2019-cu ilin yanvarından 2020-ci ilin iyununa qədər klubda çalışıb. Bundan əvvəl o, altı ay “Benfika B”yə rəhbərlik edib.

Lajerlə müqavilə 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədə olacaq. Portuqaliyalının əvvəlki klubu Braziliyanın "Botafoqo"su olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar