Bekhemin klubu Ronaldonu transfer etmək istəyir
05 aprel 2022 18:26 (UTC +04:00)

Bekhemin klubu Ronaldonu transfer etmək istəyir

Amerikanın əsas liqasının (MLS) klubu "İnter Mayami" "Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun transferi ilə maraqlanır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, klubun sahibi Devid Bekhem futbolçu ilə müqavilə imzalamaq istəyib və onunla mümkün transferi müzakirə edib. 37 yaşlı portuqaliyalının transferi 2022-ci ilin yayında baş tuta bilər.

Qeyd edək ki, daha əvvəl Ronaldonun "Mançester Yunayted"i tərk etmək fikrini dəyişdiyi bildirilirdi. Qərarın transferin maliyyə çətinliyi ilə bağlı olduğu qeyd edilib. Avropada az sayda klub var ki, Ronaldoya İngiltərədə aldığı maaş səviyyəsində maaş vermək imkanı var.

Aprelin 1-də "İnter Mayami"nin PSJ-nin 34 yaşlı hücumçusu Lionel Messinin transferinə göz dikdiyi də məlum olub. Klub gələn yay argentinalı ilə müqavilə imzalamaq istəyir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar