“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 13:02 (UTC +04:00)

“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı

Leverkuzenin “Bayer" klubu PSV-dən 23 yaşlı yarımmüdafiəçi Malik Tillmannın transferini açıqlayıb.

Lent.az xəbər verir ki, ABŞ millisinin oyunçusunun müqaviləsi 2030-cu ilə qədərdir.

2023-cü ilin yayında Tillman "Bavariya"dan PSV-yə icarəyə verilib. Ötən yay yarımmüdafiəçi daimi əsaslarla Hollandiya klubuna keçib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 32 milyon avrodur.

Tillman 2022-ci ildən ABŞ millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 25 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar