“Bavariya”nın  müvəqqəti baş məşqçisi   ola bilər
20 fevral 2024 13:03 (UTC +04:00)

“Bavariya”nın müvəqqəti baş məşqçisi ola bilər

"Bavariya" rəhbərliyi komandanın müvəqqəti baş məşqçisi Ole Qunnar Sulşerin təyin edilməsi variantını nəzərdən keçirir. 

Lent.az bildirir ki, bu barədə “Sky Sport”un jurnalisti Florian Plettenberq məlumat verib.

Mənbənin məlumatına görə, Münhen klubunun idman direktoru Kristof Froynd 50 yaşlı norveçli mütəxəssisin namizədliyinə maraqladır. Hazırda "Bavariya" rəhbərliyi baş məşqçi Tomas Tuxeli istefaya göndərmək fikrində deyil və ona mövsümün sonuna qədər işləmək imkanı verməyi planlaşdırır. Bununla belə, komandanın son oyunlardakı qeyri-qənaətbəxş nəticələri “Bavariya” bosslarını oyundan-oyuna qərar verməyə və alternativ variantları aktiv şəkildə araşdırmağa vadar edir.

Bundan əvvəl bildirilirdi ki, “Bavariya” rəhbərliyi 2021-ci ilin yayından işsiz qalan Zinəddin Zidanın komandanın yeni baş məşqçisi olmasını istəyir.

Sulşer 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına kimi "Mançester Yunayted"i çalışdırıb. Ötən həftə norveçli iki illik fasilədən sonra yenidən məşqçiliyə qayıtmaq istədiyini bildirib.

Tuxel 2023-cü ilin martından komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda keçirdiyi 44 oyunun 11-də uduzub, son üç görüşdə “Bayer” (0:3), “Latsio” (0:1) və “Bohum”a (2:3) uduzub. Bundesliqanın turnir cədvəlində Münhen komandası lider “Bayer”dən 8 xal geri qalaraq ikinci yerdədir. "Bavariya" 2013-cü ildən bəri ilk dəfə Almaniyada çempionluq titulundan məhrum qala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5586
avatar

Oxşar yazılar